Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Borca görə intiharlar davam edir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Lökbatan qəsəbəsində yaşayan, 1989-cu il təvəllüdlü Zaur Qniyev yaşadığı evin həyətindəki qarajda trosla özünü saıb. Bu barədə «Report» xəbər yayıb

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa Bakıda 39 yaşlı Aynur Xancanovun da özünü asdığı bildirilir. azadliq.info-nun hüquq-mühafizə orqanlarına istinadən verdiyi bu xəbərə görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Azərbaycanın bölgələrində də intihar halları baş verib. Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, Şirvan şəhərində 43 yaşlı Səfayət Malik oğlu Ağayev də özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.

Səfayət Mehdiyevin asılmış meyitini onun həyat yoldaşı tapıb.
Məlumata görə, S.Ağayev intihardan əvvəl məktub yazıb və iş tapa bilməməsini, çoxlu borcunun olmasını bildirib. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ağcabədi rayonunda da intihara cəhd olub. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək özünü yandırıb. 52 yaşlı qadının özünü yandırmaq istəməsi küllü miqdarda ailə borclarının olması ilə izah edilir .

XS
SM
MD
LG