Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

«Azərbaycan qazı Avropanı qızdıracaq»


Nikos Kotzias
Nikos Kotzias

-

«Afina və Bakı Azərbaycan qazını Yunanıstan, Qərbi Avropa və İtaliyaya çatdırmalı olan ən böyük birgə layihələrdən birini – Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisini başa çatdırmaq üzrədir».

«Report» xəbər verir ki, bunu Bakıya səfərindən sonra Afinada jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bildirib:

«Biz işin ən mühüm məqamlarını başa vurmuşuq və ümid edirik ki, iki il ərzində onu işə sala biləcəyik. Azərbaycan qazı Avropanı qızdıracaq. Biz bu layihənin bütün detallarını və bütün xırdalıqlarını müzakirə etdik», — deyə nazir qeyd edib.

TAP qaz kəmərinin uzunluğu 791 km-dir. Kəmərin 478 km-i Yunanıstandan, 105 km-i Albaniyadan keçəcək. Kəmər İtaliyanı isə 45 km sahildən kənar, 5 km isə sahilyanı ərazilərdə əhatə edəcək. Trans-Adriatik Qaz Kəmərinin «Nabucco» üçün nəzərdə tutulmuş xərcləri təqribən 7.9 mlrd. avrodur. Eyni zamanda, istehsalçı və idxalçı dövlətlərin də tam maraqlarına xidmət etməlidir.
Bununla TAP layihəsinin həyata keçməsi ilə Rusiyadan və Əlcəzairdən qaz təchizatındakı asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Kəmərin 2018-ci ildə işə düşəcəyi nəzərdə tutulur.

XS
SM
MD
LG