Keçid linkləri

Təcili xəbərlər
2022, 11 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:40

Ağcabədidə qadın özünü yandırdı


Foto illüstrasiya

-

Fevralın 1-i, gecə saatlarında Ağcabədi şəhər sakini Zərnişan Ələkbərova özünü yandırıb.

Ağır yanıq xəsarətləri alan qadın dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.

Respublika Yanıq Mərkəzindən ANS-ə Zərnişan Ələkbərovanın reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.

52 yaşlı qadının özünü yandırmasına səbəb kimi onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Z.Ələkbərova 1964-cü ildə doğulub.

XS
SM
MD
LG