Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:52

«Texnikabank»ın lisenziyası ləğv edildi

Mərkəzi Bank
Mərkəzi Bank

-

Fevralın 1-də Mərkəzi Bankın (MB) İdarə Heyəti «Texnikabank»ın lisenziyasının ləğvi haqda qərar verib.

Qərara səbəb kimi məcmu kapitalın minimum məbləğ tələbinə əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması və kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi göstərilir. Bundan başqa deyilir ki, bu bank cari fəaliyyətini etibarlı qaydada idarə edə bilməyib.

MB «Banklar haqqında» Qanununun 51 və 52-ci maddələrinə uyğun olaraq bu gündən banka müvəqqəti inzibatçı təyin edib.

MB bildirir ki, Əmanətlərin Sığortalanması Fondu «Texnikabank» ASC-də əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişini həyata keçirəcək.

Buna qədərsə ölkədə 6 bankın lisenziyası ləğv edilib. «Texnikabank» bu qəbildən sayca 7-cidir.

This item is part of
XS
SM
MD
LG