Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

“Moskva Suriya münaqişəsini dərinləşdirir”


Philip Hammond

-

Rusiyanın Suriyadakı hərəkətləri münaqişəni dərinləşdirir və müharibə zonasından qaçqın axınını artırır. Bunu bazar ertəsi Reuters agentliyinə müsahibəsində Böyük Britaniyanın Xarici işlər naziri Philip Hammond deyib.

İordaniyada səfərdə olan nazir deyib: “Suriyada bütün etmək istədiklərimiz pozulur. Rusiya təmsilçiləri deyirlər ki, gəlin danışaq. Sonra danışırlar, danışırlar, danışırlar. Problem ondadır ki, elə danışdıqları müddətdə də bombalamaqda davam edirlər. Onlar Assad-ı dəstəkləyirlər”.

Moskva “terrorçuların mövqelərini” bombaladığını bildirir. Ancaq Hammond deyir ki, Rusiya zərbələrinin 30 faizindən də azı İslam Dövlətinin (İŞİD) obyektlərinə endirilir, daha çox mötədil müxalifət qüvvələrini vururlar.

XS
SM
MD
LG