Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 22:58

Müsavatçı gənc Elvin Paşayev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə E. Paşayevin vəkili Nemət Kərimli məlumat verib.

N. Kərimli deyib ki, onun işi ilə bağlı artıq apellyasiya şikayəti verilib. Fevralın 1-də saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq. Elvin hazırda Kürdəxanıda saxlanılır: "Məhkəmə zamanı onunla görüşüb, müəyyən məsələləri dəqiqləşdirəcəyik. İndiyə qədər onunla görüşə bilməmişəm. Açığı məhkəmə ilə bağlı heç bir ümidim yoxdur. Bu şəxs müəllim kimi dərsə gedərkən saxlanılıb. Nə qədər avam olasan ki, dərsə gedərkən üstündə 65 qram tiryək aparasan. Tamamilə gülünc ittihamlardır. Belə çıxır ki, “Hədəf” hazırlıq kurslarında tiryək satırlar. O, sifariş əsasında həbs olunub”.

Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi E.Paşayev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG