“Bank of Azerbaijan”əmanətçilərindən ərizə qəbuluna 2016-cı il yanvarın 29-dan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.(APA)
Əmanətlərin Sığortalanması Fondu 110-dan çox əmanətçiyə 2,6 milyon manatdan artıq kompensasiya ödəyib. Fonddan bildirilib ki, əmanətçilərin ərizələri sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya verilir.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent banklar olaraq "Muğanbank" ASC və "Rabitəbank" ASC seçilib.
2016-cı ilin yanvar ayının son həftələrində Azərbaycanda Mərkəzi Bankın qərarı ilə bank öhdəliklərini yerinə yetirə bilmədikləri üçün “Gəncəbank”, “Bank of Azerbaijan”, “YunaytedKredi bank”, “Atrabank”, və daha iki maliyyə qurumunun lisenziyaları ləğv edildi. Bu banklara əmanətçilərin əmanətlərini qaytarmaq tapşırıldı.