Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:27

"Ərim başımı qırxdı... başıma torba keçirdi"


Marem Aliyeva
Marem Aliyeva

İllər boyu əri tərəfindən zorakılığa məruz qalan Marem Aliyeva sentyabr ayında yoxa çıxıb. O vaxtdan onun bacısı seksizm, hədələr və rəsmi laqeydliyə qarşı mübarizə aparır.

Yelizaveta Aliyeva hələ də ümidini itirməyib. Ancaq dörd ay bundan əvvəl Marem yoxa çıxandan bəri o, həm də pis bir şeyin baş verməsindən qorxur.

Bu evlilik Maremə ağrı və təhqirdən başqa bir şey vermədiyinə görə qadın ondan canını qurtarmaq istəyirdi. Yelizaveta Maremin əri Mukharbek Yevloyevin bunun qarşısını almaq üçün arvadını öldürdüyünə inanmaq istəmir.

Yevolyev yanvarın 21-də saxlanıb. Onun iki ay ərzində ev dustaqlığında qalması barədə qərar verilib. Hüquqi icraat zamanı nə Yelizaveta, nə də onun vəkilləri cəlb edilib. Yevloyevin Cinayət Məcəlləsinin hansı hissəsinə görə məhkum oldunduğu da aydın deyil.

İnquşetiyadan olan Marem Aliyevanın bu mürəkkəb və uzun-uzadı çəkən işi əslində Rusiyadakı məişət zorakılığı probleminin Qordi düyününü ortaya çıxarır. Qanunların olmaması, polis və prokuratura iradəsinin olmaması, dəhşətli korrupsiya və vəzifədən sui-istifadə, mühafizəkarlıq çox zaman geniş yayılmış seksizmi maskalayır.

Məişət zorakılığı qurbanlarına yardım edən "ANNA" Mərkəzindən hüquqşünas Mari Davtyan deyir : "Bu hadisə Tambovda, Vladivostokda, Volqoqradda, ya da Moskvada baş verə bilərdi. ...Belə əhvalatlar müntəzəm təkrarlanır. Əlbəttə, elə regionlar var ki, orada adət-ənənələr çox güclüdür və bu, qohumlarla bağlı olan istintaq işinin başlanmasına mane olur. Bəli, bizdə klanlar, ailə və dostluq əlaqələri var. Ancaq eyni şey Rusiyanın hər küncündə baş verir."

37 yaşlı Marem 15 il imiş ki, zorakılığa məruz qaldığından şikayət edirmiş. Onun yoxa çıxması ərəfəsində Davtyan qadının zorakılıq qurbanları üçün olan çox az sayda sığınacaqlardan birinə yerləşdirmək üzərində işləyirmiş.

Marem yoxa çıxmazdan əvvəl ərinin ona işgəncə verdiyi, başını qırxdığı, başına plastik torba keçirdiyi və döydüyü barədə şikayət ərizəsi yazıbmı.

İyul ayında bir qrup silahlı şəxs Yelizavetanı zorla maşına oturdublar. Onu hədələyərək döyüblər və bacısının harada gizləndiyini deməsini tələb ediblər.

Axırda Maremin əri qadını sığınacaqda tapıb, bir qrup silahlı şəxslə gəlib və Maremi evə qayıtmağa məcbur edib. Sentyabrın 19-da Marem bacısına zəng vurub.

Yelizaveta bacısı Maremin yoxa çıxmasından əvvəl də, sonra da təhqiqat aparılmasını və cinayət işinin qaldırılmasını tələb edib. Ancaq hər dəfə maneə ilə qarşılaşıb.

Hüquqşünas Olga Gnezdilova deyir ki, Maremin və Yelizavetanın əlaqədar qurumlara etdiyi şikayətlərin heç birinə cavab verilməyib. "Bizim əlimizdə ərizələrin qeydiyyatdan keçirildiyi barədə bircə dənə də cavab yoxdur. Şikayətlərə baxılmayıb, heç kəs bizimlə bu barədə danışmayıb. Onlar gəlib adamlarla danışmalı idilər ki, görsünlər bu ailədə nə baş verirdi. Ancaq Maremin yoxa çıxmasına qədər heç nə baş verməyib."

Yelizaveta İnquşetiyadakı evindən telefonla Azadlıq Radiosuna deyib ki, hətta bacısı yoxa çıxandan sonra da polis onun ərizəsini qəbul etməkdən imtina edib.

"Onlar dedilər ki, siz qohumsunuz. İşi adət-ənənəmizə uyğun yoluna qoya bilərsiniz. Biz sizin ərizənizi qəbul edə bimərik, çünki kişi heç bir cinayət işləməyib."

Sovet İttifaqının dağılmasından sonra 40 dəfədən çox müvafiq qanun layihələri Dumaya təqdim olunsa da Rusiyada bugünə qədər sırf məişət zorakılığına qarşı qanun mövcud deyil. Daxili İşlər Nazirliyində davamlı olaraq arvadlarını və uşaqlarını döyməsi barədə şikayət olunan kişilərin siyahısı var.

2014-cü ildə qurum bildirib ki, bu siyahıda 153000 ad var. Ancaq heç qurbanların özləri də onları zorakılığa məruz qoyanların bu siyahıda olub-olmadığını öyrənə bilmirlər. Heç Mukharbek Yevloyevin də adının bu siyahıda olub-olmadığı məlum deyil.

Yelizavetanın iyulda oğurlanması ilə bağlı istintaqın başlanması üç ay çəkib. Bu vaxt Yevloyevin hədələri artıb. Bəzən onun qohumları da peyda olub.

Yelizaveta deyir ki, o, sadistdir və özünü hər şey edə bilən mafiya babası hesab edir. Yelizavetanın sözlərinə görə Yevloyevin özü "hə şeyi və hamını" satın aldığını, heç kimin ona qarşı çıxmayacağını deyib.

Yelizaveta deyir ki, Yevloyevin özünün marketləri, yanacaqdoldurma məntəqələri, hotelləri , çoxlu pulu var. "Mən necə ona qarşı çıxa bilərəm ki?" deyə o soruşur.

Yanvarın 1-dən etibarən dövlət mühafizəsində olan qadın ev dustağı kimi heç yerə çıxa bilmədiyindən şikayətlənir. Onun özünü polis mühafizə etsə də uşaqlarını etmir. Ona görə uşaqlar həftələrlə məktəbə gedə bilməyiblər.

Yelizaveta bundan başqa bəzi mühafizəçilərin dəyişdirilməsini istəyib. Çünki onlardan bəziləri onun yeznəsinin qohumlarıdır, bəziləri isə marixuana çəkir.

Rusiyada hər il 10 mindən çox qadın məişət zorakılığı nəticəsində həyatını itirir. Vəkil Davtyanın hesablamasına görə zorakılığıa məruz qalan 10 qadından yalnız biri şikayət ərizəsi yazır. 2013-cü ildə dövlət tərəfindən aparılan tədqiqatın nəticələrinə görə Rusiyada hər beş qadından biri kişi qohumu, yaxud da partnyoru tərəfindən zorakılığa məruz qalır.

Yevloyevin saxlanması hələ işin sonu demək deyil. Yelizavetaya kömək edən stavropollu vəkil Vitaly Zubenko deyib ki, əlaqədar qurumların necə davranacağı məlum deyil.

Onun sözlərinə görə onlar güclü əlaqələri olan bir adam barədə istintaqa başlamazdan əvvəl öz aralarında şübhəli şəxsin hüquq mühafizə orqanlarında hansı dəstəyə sahib olduğunu götür-qoy edirlər.

Vəkil Gnezdilova güman edir ki, Yelizavetaya qarşı təzyiqlər davam edəcək və indi hər şey onun gücündən və iradəsindən asılıdır.
Onun sözlərinə görə polisin işi bağlamasının qarşısını alan yeganə maneə Yelizavetanın ərizəsidir. Ancaq onun ərizəni geri götürəcəyi təqdirdə nə baş verəcəyini demək də çətindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG