Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Ermənistanla İran yeni nəqliyyat dəhlizi yaradırlar


Yük maşını
Yük maşını

-

İranla Ermənistan arasında yeni beynəlxalq dəhlizin yaradılması barədə razılıq əldə olunub. Görüş bir həftə öncə Tehranda keçirilib.

Ermənistanın nəqliyyat naziri Gagik Beglarian AzadlıqRadiosuna bildirib ki, yeni dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dənizdən keçməklə Avropaya birləşdirəcək:

«Bizim hesablamalarımıza görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq. İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq».

Nazir bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacağını deyib. Yolun bu hissəsləri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol rabitəsi olan Erasx stansiyasına birləşəcək.

«Biz danışmışıq ki, Bombeydən iki konteyneri Fars körfəzi, İran, Ermənistan vasitəsilə Qara dənizə, oradan da hansısa bir Avropa ölkəsinə daşıyaq və konkret qiyməti müəyyənləşdirək», - Gagik Beglarian bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG