Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:24

Daha bir neftçinin cəsədi tapılıb


10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib.
10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib.

-

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, «Günəşli» yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bunu Fövqəladə Hallar Nazirliyi bildirir.

Bununla əlaqədar, nazirliyin «BE-200ÇS» amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib. Qəza zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.

XS
SM
MD
LG