Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

Şəbnəm Karslı. Sarı it


Şəbnəm Karslı
Şəbnəm Karslı

-

Gənclərin OxuZalına göndərdikləri hekayələrdən

"Bu qədər axmaq bir təklifi yol ortasında ən yaxşı necə edə biləcəyini düşünürdü."

Şəbnəm Karslı

SARI İT

Ərindən daha nəvazişli idi, bir az qorxurdu, utanırdı, cəsarətinə özü də heyran qalırdı, amma getdikcə daha çox xoşuna gəlirdi. Özünü Hollivud filmlərinin qəhrəmanı kimi hiss edirdi. Fədəkarlıq edirdi, hərçənd, bu gün onu tanıyan kiməsə olanları danışsa, hərəkətlərini ən yaxşı halda dəlilik, xəyanət, ən pis halda iyrənclik və başqa şəkildə qiymətləndirərlərdi.

Amma o, özünü əvvəllər daha çox qurban kimi hiss edirdi, daha sonra duyğuları dəyişdi, o zaman ki, özü də xoşhallanmağa başladı...

Hər şey o lənətli gün başladı, səhər ərini işə yola salarkən həyət qapısının önündən Suğra arvad keçib bunları salamlayarkən anladı bədliyin gələcəyini. Suğra arvadı nə vaxt səhər ertədən görsə, bir fəlakət gələrdi. Allah bəlasını verməsin, pis arvad deyildi, neyləyək ki, ağır ayağı vardı.

Suğra arvadı görəndə öz-özünə mızıldanaraq “Allahdan xeyirlisi” demişdi. Bu ifadəni nə vaxt işlətsə, allahdan ən zərərlisi gələrdi.

Ərinin işə getməyi ilə işdən zəng gəlməyi bir oldu. Əli biləyindən kəsilmiş, bahalı olması ilə məşhur ad çıxarmış özəl xəstəxanaya aparılmışdı.

Nuranə ərini sevərdi, nə qədər sərt, qəddar, kobud olsa da sevərdi. Onsuz da adətən pis kişiləri arvadları daha çox sevər, Freydlik eləyib uzun-uzadı izah yazmayacam, ancaq daha betərinə rast gəlmək kimi bir qorxuları olur sanki.

Nuranə də qonşuların ərlərinə baxır, döyülmədiyi, üstünə günü gətirilmədiyi üçün özünü daha xoşbəxt hiss edər və ərinə daha da bağlanardı. Üç illik evlilikləri boyunca altı dəfə hamilə qalıb heç birini doğa bilməməsini də əri bağışlamış, lütfkarlıq etmişdi.

İndi ərinin başına gələn fəlakəti ah-nalə ilə qarşıladı, tələsik ev xələtinin üstündən uzun plaşını geyinib xəstəxanaya qaçdı.

Xəstəxana dalanı
Xəstəxana dalanı

Dünyanın ən üzübərk canlılarından biri olan cərrah şəffaf qutunun içindəki kəsik qanlı əli Nuranənin gözünə soxa-soxa son sözlərini dedi:

- Gətir on səkkiz min manatı, tikim əli yerinə. Damarları yaxşı tutmaya bilər, biraz reflekslərə pis cavab verəcək, amma yenə də işlək bir əli olacaq. 24 saat vaxtınız var.

On səkkiz min manatı Nuranə tapa bilməzdi ki! Bütün ailəyə xəbər saldı, biri əlli, biri iyirmi manat verə biləcəyini dedi, dama-dama göl ola bilmirdi bu dəfə. Ağlaya ağlaya evin yolunu tutdu, möcuzə gözləyirdi ancaq.

Şəhərin yeni tikilmiş binalarının birinin önündən keçərkən qapının önündəki dirəyə bağlanan sarı bir it iki dəfə hürdü. Nuranə diksindi, dönüb əvvəl itə, sonra da binanın üstündəki yazıya baxdı.

Bura bir bank idi, hər gün kreditlərlə bağlı reklamlarına dəfələrlə baxdığı bank. Tərəddüdsüz qapıya doğru getdi, itin başını sığallayıb içəri girdi.

Plaşının altından görünən xələti, səliqəsiz üzü və saçları, şişmiş gözləri nə qədər çox ehtiyacı olduğunu göstərsə də istədiyini ala bilmədi. Nəinki on səkkiz min manat, hətta min səkkiz manat belə verməyəcəkdi bu bank.

Çölə çıxıb sarı itin yanında yerə çöküb hönkürdü, it burnunu Nuranənin saçlarına sürtdü. İyrənən kimi oldu, qalxıb evin yolunu tutdu.

Məhəlləyə dörd küçə qalmış, markasını bilmədiyi böyük gümüşü bir maşın yanında saxladı, içindən iyirmi beş-otuz yaşlarında bir cavan oğlan düşdü, Nuranəni səslədi:

- Xanım, ay xanım...

- Mən? Məni çağırdınız? – Nuranə çaşmışdı.

- Bəli - dedi cavan adam, - sizi bankda gördüm, on səkkiz min istəyirdiniz. Sizə nə üçün lazımdır bu pul?

Pul
Pul

Deyəsən, möcüzə gəlmişdi axı, ulu nənəsindən eşitdiyi Xıdır Nəbi əhvalatları yadına düşdü. Dərdini danışdı. İçində ümid ışığı parıldayırdı.

Cavan oğlan isə çox gərgin idi, əsəbi adamlar kimi barmaqları ilə oynayır, demək istədiklərini çətinliklə dilə gətirirdi.

Bu qədər axmaq bir təklifi yol ortasında ən yaxşı necə edə biləcəyini düşünürdü, yavaş-yavaş vəziyyəti izah edirdi:

- ... qısacası, xanım, onun əvvəlki sevgilisinə bənzəyirsiz, çox oxşayırsınız. Orada, arxada oturub və indi sizə heyranlıqla baxmağının səbəbi budur. Mən indi sizə iyirmi min manat verəcəm, həftədə də yüz manat, iki gündən bir gəlib ikimizin yaşadığı evi təmizləyəcəksiniz və o, istədiyi zaman... şey edəcəksiz, şey... (səsi titrədi) onun şey ehtiyacları... (susdu)

Nuranə gec də olsa anladı ki, qarşısındakı Xıdır deyil. Maşının arxa tərəfinə baxdı, ərini düşündü, başqa yol yox idi.

Hadisədən dörd il keçib. Əli yerinə tikilsə də, artıq bir işə yaramır. Əri bir daha özünə iş tapa bilmədi. Nuranənin təmizlik işindən qazandığı pulla dolanırdılar. Getdikcə daha sərt, kobud və dözülməz olmuşdu.

Nuranə isə işlədiyi evə və sahiblərinə getdikcə daha çox bağlanırdı, bu düşüncə onu narahat edirdi, məntiqli bir izah tapa bilmirdi. Anlamırdı ki, ərindən daha çox diqqət, sığal gördüyü üçün isinişib ona.

Bunu anlamaq Nuranə üçün çətin olacaqdı, bəlkə də mümkün olmayacaqdı. Amma bu evə təmizlik üçün həvəssiz, onunla sevişmək üçün daha həvəslə gəldiyini bilirdi.

Zəngi basdı, cavan oğlan qapını açdı. Kiçik xidmətçi otağına tərəf getmək istədi. Paltarını burada dəyişir və təmizlik ləvazimatlarını burada saxlayırdı. Cavan oğlan qolundan tutdu, “Onun yanına keç, səni istəyir, vurnuxur səhərdən” dedi.

Nuranə koridorun solundakı otağa keçdi, soyunub otağın ortasındakı döşəkçənin üstündə dördayaq dayandı.

Sarı it yanına gəldi, saçlarını burnu ilə oxşayıb Nuranənin arxasına keçdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG