Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 02:39

Carson Putini mühasirəyə almağa çağırıb


Ben Carson

Respublikaçı Ben Carson Rusiya prezidenti Vladimir Putini mühasirəyə almaq üçün hərbi və iqtisadi tədbirlər görməyə çağırıb.

O Putini Opportunist və davakar adlandırıb.

Keçmiş neyrocərrah Karson bunu Respublikaçıların Ayova ştatının De Moyne şəhərində keçirilən sonuncu depatda deyib. Artıq gələn bazar ertəsi bu ştatda praymeriz keçiriləcək.

Carson, aparıcının, əgər Putin Baltik ölkələrinə soxulsa siz prezident kimi nə edərdiz sualına cavab olar deyib ki, onu orda mühasirəyə almağa və ora zirehli tank briqadası göndərməyə çalışardı.

Respublikaçılardan əsas namizəd hesab olunan Donald Trump Fox News televiziyası, təşkilatçı ilə fikir ayrılığına görə depatı baykot edib.

O Dreyka universitetində veteranlarla ayrıca seçkiqabağı tədbir keçirib.

XS
SM
MD
LG