Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:20

Hava mülayimləşir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeronda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

XS
SM
MD
LG