Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

AMEA-nın binasından ulduzlar götürülür


AMEA binası.
AMEA binası.

-

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası üzərində sovet dövrünə aid elementlər, yazıları dəyişdiriləcək.

Bunu APA-ya AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

AMEA bununla bağlı ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib.

Akademik Akif Əlizadə deyir ki, elementlərin dəyişdirilməsi üçün maliyyə vəsaiti ayrılmalıdır. Ona görə də bir qədər gözləməli olacaqlar.

Həmin bina gənc yaşda vəfat etmiş Bakı milyonçusu Musa Nağıyevin oğlu İsmayıl Nağıyevin şərəfinə tikilib və uzun zaman «İsmayiliyyə» adlandırılıb.

Bina XX əsrin ilk onilliyində Müsəlman Xeyriyyə Cəmiyyətinin xahişi ilə inşa edilib.

1918-ci il mart hadisələri zamanı dağılmış «İsmayiliyyə»ni sovet hakimiyyəti sökmək istəsə də, yerli əhali buna imkan verməyib.

Bina bərpa edilərkən ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklər edilib, Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib.

XS
SM
MD
LG