Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:22

TQDK 4 abituriyentin nəticələrini araşdırır


Məleykə Abbaszadə
Məleykə Abbaszadə

-

«2015-ci ildə keçirilən qəbul imtahanında orta attestat balı yalnız «üç» olan 4 abituriyent qəbul imtahanlarında 350-450 bal arasında nəticə göstərib. Necə olur ki, bu abituriyentlərin attestatlarında bütün qiymətlər «üç» ola-ola, onlar 350-450 bal toplayıblar? Biz indi həmin abituriyentlərin bu nəticəni necə əldə etməsi ilə bağlı araşdırma aparırıq».

Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu, orta məktəbdə həmin şagirdə qarşı subyektiv münasibətin nəticəsi və ya imtahan vaxtı onun yanında oturan güclü abituriyentin yardımı nəticəsində ola bilər.

M.Abbaszadə onu da deyib ki, yanaşı və arxa-arxaya əyləşən abituriyentlərin bir-birindən köçürməsi qeyri-mümkündür. Çünki onların variantları müxtəlif olur: «Hər imtahandan sonra - nəticələr elan edilməmişdən əvvəl xüsusi proqramlar vasitəsilə köçürmə halları aşkar edilir. Müəyyən araşdırmalardan sonra köçürmə faktları olan nəticələr ləğv edilir. Belə köçürmə halları ildən-ilə azalır. Bu il 3-4 belə hal olub. Yuxarıda qeyd etdiyim hala gəldikdə, mümkündür ki, hansısa güclü abituriyent onun yanında əyləşən digər abituriyentə yardım edib».

TQDK sədrinin sözlərinə görə, 2015-ci ilin məzunları arasında orta attestat balı yalnız «üç» olan 1544 nəfər ali məktəbə sənəd verib. Onların 86.92 faizi 0-100 bal arasında nəticə göstərib, 10 faiz (156 nəfər) 100-200, 2 faiz isə (40 nəfər) 200-300 bal yığıb. Bu məzunların yalnız 0.26 faizi (4 nəfər) 350-450 bal arasında nəticə göstərib.

XS
SM
MD
LG