Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Virtual Animasiyası Muzeyi yaradılır


Cırtdan
Cırtdan

-

Azərbaycan İncəsənət Konsulluğu («Arts Council Azerbaijan») «Nazim Məmmədov adına Azərbaycan Virtual Animasiyası Muzeyi» adlı yeni layihəyə başlayır.

Layihə Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

«Arts Council Azerbaijan» təşkilatının rəhbəri Dadaş Məmmədov deyib ki, bu internet resurs özündə ötən əsrin 60-90-cı illərində Azərbaycan animasiya tarixi haqqında məlumat bazasını əks etdirir. Layihə insanlarda nostalji hisslər oyadacaq. Maraqlananlar «Cırtdanın yeni sərgüzəşti», «Pıspısa xanım və Siçan bəy», «Şah və xidmətçi», «Meşəyə insan gəlir», «Şahzadə-qara qızıl», «Göyçək Fatma» kimi cizgi filmlərini izləyə biləcəklər.

Virtual muzey keçmiş cizgi filmlərinin ab-havasını hiss etməyə, Azərbaycan rejissorları barədə məlumat almağa, tarixi fotoları görməyə də imkan verəcək.

XS
SM
MD
LG