Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Bu sərgidə özünü öldürmək imkanı verilir


Bristol Muzeyində sərgi
Bristol Muzeyində sərgi

-

Bristol Muzeyində sərgi
Bristol Muzeyində sərgi

Bütün dünyada olduğu kimi, Azərbaycanda da sığorta şirkətlərinə ən az sifariş - qabaqcadan ölüm tədbirləri görmək sifarişidir. İnsanlar həyat sığortası etdirməkdən qaçır, ölümlə bağlı hər şeyi qaramat fikir hesab edirlər.

Həyat və eşq mövzularından müxtəlif sahələrdə böyük kommersiya əldə edənlər ölüm mövzusundan onun yarısı qədər də pul qazana bilmirlər.

Keçən il Avropada bir qlobal dizayn firması (IDEO) "ölümü yenidən dizayn etməyi" qarşısına məqsəd qoymuşdu, amma uğursuzluğa düçar oldu.

Başqa bir hərəkat özünü "Pozitiv ölüm hərəkatı" adlandırmış, "cəmiyyətə ölümlə münasibətini necə aydınlaşdırmağı öyrədəcəyini" qarşısına məqsəd qoymuşdu. O da tezliklə tükəndi, ölümün kommersiya tabusunu sındıra bilmədi.

İndi isə İngiltərənin Bristol Muzeyində bir sərgi gedir, sərgi "ölüm - insan təcrübəsi" adlanır.

Bristol Muzeyində sərgi
Bristol Muzeyində sərgi

Bu sərgidə çox şey çəhrayı rəngin tonlarında və kiçik hərflərlə təqdim olunur ki, heç kəs qorxu hiss etməsin.

Burada doğulmadan ölənlərin cəsədləri kimi şeylərlə yanaşı, bir ölüxana modeli də var, ölülərin uzadıldığı masa və başqa atributlar doğruçudur, xəstəxanadan gətirilib.

Burada bir instalyasiya da var ki, ölməyi seçən insana verilən evtanaziya həbini dadmaq imkanı verir, o həbin acı dadını aparmaq üçün yanında şokolad da var. Həbin əsl evtanaziya həbi olub-olmadığı bilinmir.

Sərginin əsas mövzusu müxtəlif mədəniyyətlərdə ölümə münasibətdir. İnsan öləndən sonra müxtəlif mədəniyyətlərdə onun cəsədinin başına müxtəlif şeylər gətirilir.

Bu sərginin də məqsədi ölümün mistikasını öldürməkdir. Ancaq keçən il 26 oktyabrdan bu günə qədər “ölüm: insan təcrübəsi" sərgisinə cəmi 36 min adam baxıb.

OxuZalı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG