Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Rüfət Səfərov: «Niyə qorxursunuz?»


Rüfət Səfərov
Rüfət Səfərov

-

«Hazırda ev dustağıyam. Mənə əmr edirlər ki, susum, lal, kar, kor olum! Bəylər, elə ondansa ölmək daha əfzəl deyildirmi!».

Bunu «üsyankar müstəntiq» Rüfət Səfərov Facebook səhifəsində yazıb. O, ev dustaqlığına buraxılandan ilk dəfədir danışır.

Rüfət Səfərov yazır ki, «ən yaxın əzizlərini, dostlarını, tanışlarını itirmək bahasına olsa belə, yenidən məhbəsə qayıtsa belə» yenə də doğru bildiklərini söyləyəcək: «Həqiqət sandıqlarımı bölüşə bilmərəm? İnsanların dərdinə şərik dura bilmərəm? Niyə qorxursunuz? Əgər belədirsə, ev dustaqlığını yenidən həbslə əvəz edin! Ruhum hazırdır!».

«ŞAHİD OLMADAN, SÜBUT ORTAYA QOYULMADAN...»

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi rüşvət almaqda ittiham olunmasına münasibət bildirib: «Heç bir üzləşdirmə aparılmadan, şahid olmadan, sübut ortaya qoyulmadan, barəsində şikayət olunan və şikayət edəndən başqa 3-cü bir şəxs təqdim edilmədən qandallandım».

Rüfət Səfərov bir müddət öncə prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş, yanvarın 15-də isə rüşvət almaqda ittiham olunduğu üçün həbs edilmişdi.

Bir neçə gün öncə onun barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Rüfət Səfərov YAP-ın qurucularından olan, keçmiş deputat və uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sabiroğlunun oğludur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG