Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:04

Mərakeşli hekayəçi: "Məsələ pulda deyil, arzum budur öz halqam olsun"


Mərakeşdə bir hekayəçi
Mərakeşdə bir hekayəçi

-

"Başım hekayəylə doludur"

Şifahi hekayəçilik sənəti həmişə ərəb ölkələrinin bir parçası olub. Amma bu sənətin gələcəyi varmı, bilinmir.

Abderrahim El Makkouri on yaşından Mərakeşin mərkəzi Djemaa el Fna meydanında hekayə danışmaqla dolanır. Onu yerli terminlə desək, “halqa”ya alırlar, hekayələrinə qulaq asırlar, pul verirlər.

2001-ci ildə UNESCO bu mədəni ənənəni “insanlığın şifahi mədəni irsi" kimi qeydiyyata və qoruma altına alıb. Amma Mərakeşdə və digər hekayə sənəti ölkələrində bu işin heç bir təşkilati strukturu olmadığından, qorumaq xeyli çətindir.

Abderrahim El Makkouri "Qantara" səhifəsinə müsahibəsində deyir: "Artıq cavan hekayəçilər bir neçə dirhəmə görə meydanlarda durub danışmaq istəmirlər. Hər yanda olduğu kimi, Mərakeşdə də həyat sürətlə dəyişir. Keçmişdə bir qab mərci xörəyinə qane olurduq. İndiki gənclər isə restoranda oturub yemək istəyirlər.

Əgər dövlət hekayəçilərə yardım etməsə, onlara rəsmi maaş verməsə, bu sənət öləcək. Məsələ turistlərə hekayə danışmaqda deyil. Onsuz da onların çoxu ərəbcə bilmir.

Hekayəçilik sadəcə hekayə danışmaq deyil, daha ciddi sənətdir, buna təcrübə, qabiliyyət və ehtiras lazımdır.

Mən nənəmin nağıllarıyla böyümüşəm. Məktəbə gedəndə yolum Djemaa el Fna meydanından keçirdi. Orada eşitdiyim hekayələr nənəmin nağıllarından daha uzun, macəralı və sehrli idi.

Yadımdadı, bütün günü yol gedirdim ki, Fəz şəhərinə çatım, orda bir hekayəçi var, onun hekayələrini əzbər öyrənim.

Bu sənət məni valeh etdi və mən də meydandakı qoca hekayəçilərdən öyrənməyə başladım. Başım hekayəylə doludur.

Məsələ pulda deyil. Arzum budur ki, Djemaa el Fna meydanında ad çıxarım, öz geniş “halqa”m olsun."

Djemaa el Fna meydanında hekayəçilər həyəcanla hekayə nəql edir, yerlilər gecələr işıqlandırılan bu meydana gəlib, dünənki hekayənin ardını bilmək üçün səbirsizliklə gözləyirlər.

Buna da bax: Rejissor Thomas Ladenburger Mərakeş hekayəçilərindən film çəkib

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG