Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 00:35

Gürcüstan Lavrovun bəyanatını rədd edir


Zurab Abashidze

Gürcüstan “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi ilə bağlı Sergei Lavrovun ittihamını rədd edib.

Gürcüstan baş nazirinin köməkçisi Zurab Abashidze yanvarın 26-da Lavrovun bəyanatını qərəzli adlandırıb.

Lavrov elə həmin gün bundan əvvəl “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi barədə məlumatlar olduğunu demişdi.

Abashidze Çeçenistanla sərhəddə yerləşən bu vadidən 30 nəfərin Suriyaya keçərək yaraqlılara qoşulduqlarını bildirib və qayıdanda onlara qarşı rəsmi ittiham irəli sürüləcək.

Gürcüstanın baş naziri Georgi Kvirikashvili yanvarın 26-da Tbilisinin Pankisi vadisində vəziyyətə tam nəzarət etdiyini bildirib.

XS
SM
MD
LG