Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 22:40

Lavrov: “Rusiya cəzalandırılmayacaq”


Sergei Lavrov

-

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov deyir ki, Moskva müstəqil xarici siyasət apardığına görə Qərbin onu cəzalandırmasına imkan verməyəcək.

“Birtərəfli faydalar götürmək, hətta müstəqil xarici siyasətə görə bizi cəzalandırmaq cəhdləri olur”, Lavrov yanvarın 26-da Moskvada illik mətbuat konfransında deyib.

“Qərb tərəfdaşlarımız ilə ən konstruktiv əməkdaşlığa hazırıq, ancaq yalnız və müstəsna olaraq bərabər və qarşılıqlı faydalı şəkildə, bir-birinin daxili işlərinə qarışmamaq şərtilə”, o söyləyib.

Lavrovun sözlərinə görə, ABŞ-ın raket əleyhinə qalxan sistemi və NATO-nun Rusiyanın sərhədlərinə doğru ekspansiyasi “sabitsizlik yaradır və uzaqgörən deyil”.

O, Rusiyanın Suriyada əməliyyatlarının orada durumu ciddi dəyişdiyini sözlərinə əlavə edib. Moskva Prezident Bashar al-Assad-ı müdafiə məqsədilə Suriyaya zərbələr endirir.

Lavrov onu da deyib ki, “İslam Dövləti silahlı qruplaşması üzvlərinin Gürcüstanın Pankisi dərəsindən təlim məqsədilə istifadə etməsinə dair məlumatlar var”.

XS
SM
MD
LG