Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:59

Manatın məzənnəsi - 26.1.2016

Manat
Manat

-

Azərbaycan Mərkəzi Bankının yanvarın 26-a olan məlumatına görə, 1 ABŞ dolları 1.6052 manatdır. Bir gün öncə dollar 1.6054 manat idi.

Avro da cüzi ucuzlaşıb. 1 avro 1.7418 manatdır.

Ötən ilin fevralında Mərkəzi Bank manatın 33-34 faizlik devalvasiyasını, ilin sonunda üzən məzənnəyə keçidini elan etdi. Bundan sonra manat qısa zamanda ucuzlaşmağa başlasa da, hökumətin müdaxiləsindən sonra proses nisbətən yavaşlayıb.

This item is part of
XS
SM
MD
LG