Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 02:31

Daşaltı əməliyyatından 24 il ötür


Arxiv fotosu

-

Yanvarın 26-da Daşaltı əməliyyatından 24 il ötür.

Müşahidəçilər bu əməliyyat zamanı yaşanan məğlubiyyətin müharibənin gedişinə ciddi təsir etdiyini düşünürlər.

Müdafiə naziri Tacəddin Mehdiyevin şəxsən başçılıq etdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam başa çatıb. Məqsəd Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi olub. Bu zaman Azərbaycanın ilk könüllülərdən ibarət taborunun 77 nəfərinin həlak olduğu deyilir.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.

XS
SM
MD
LG