Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:22

Suriya danışıqları yanvarın 29-a keçirilib


De Mistura

Suriya ilə bağlı sülh danışıqları yanvarın 25-dən 29-a keçirilib.

Bununu yanvarın 25-də BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura bildirib.

Cenevrədə keçirilməli olan danışıqlar Rusiya ilə İranın fikir ayrılıqlarına görə təxirə salınıb.

Rusiya ilə İran Suriya münaqişəsində hökumətintərəfini saxlayırlar və onlar danışıqlarda iştirak edəcək müxalifət qrupları barədə digər tərəflərlə bir araya gələ bilməyiblər.

Mistura deyir ki, yanvarın 26-da Suriya müxalifətinə dəvət göndəriləcək.

O bildirib ki, danışıqların birinci mərhələsi 2-3 həftə çəkməlidir.

XS
SM
MD
LG