Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12

Daha 3 nardaranlı azadlığa çıxdı


Nardaran
Nardaran

-

Nardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb.

Bu barədə Nardaran sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar buraxılıb.

Nardaran hadisələrindən sonra inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunmuşdu. Sonradan isə daha 3 nəfər barəsində inzibati həbs qərarı çıxarılmışdı. Ötən həftə inzibati həbs müddəti başa çatan 71 nəfər azadlığa çıxsa da, digər 3 nəfərin həbs müddəti başa çatmadığından onlar Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı. (Trend.az)

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub. 25 nəfərədək şəxsə CM-nin müxtəlif maddələri ilə cinayət işi qaldırılıb.

XS
SM
MD
LG