Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

«Unibank» daha bir filialını bağlayıb


Foto illüstrasiya
Foto illüstrasiya

-
«Unibank» xərclərin azaldılması siyasəti çərçivəsində filiallarının optimallaşdırılmasını davam etdirir.

fins.az-ın məlumatına görə, bu günlərdə bankın daha bir filialı bağlanıb.

Söhbət paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialdan gedir. Bir qədər əvvəl «Unibank» Hövsan filialında təmir işlərinin aparılmasına qərar versə də, sonradan filialın fəaliyyətini dayandırıb. Bundan sonra həmin filialın müştərilərinə «Unibank»ın Həzi Aslanov filialında (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 144) xidmət göstəriləcək.

XS
SM
MD
LG