Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:58

Nazirik bazara istiqrazlar çıxarır


Samir Şərifov
Samir Şərifov

-

Yaxın günlərdə bazara istiqrazlar təqdim olunacaq. ANS bu xəbəri maliyyə naziri Samir Şərifova isnadən yayıb.

«Bunlar manat istiqrazlarıdır, bu istiqrazlara yüksək faiz ödəyəcəyik. Vətəndaşları dəvət edirəm ki, yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik, bu faizlər inflyasiyadan bir qədər yuxarı olacaq. İnflyasiya 10%-sə, biz 11-12% faiz ödəyəcəyik» - nazir qeyd edib.

O, nazirliyin bazara xarici valyutada da istiqrazlar çıxarmağı planlaşdırdığını söyləyib. Bu istiqrazlar daxili bazar üçün nəzərdə tutulur.

«Xarici valyuta dövriyyədə deyil, sahiblərinə xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Amma xarici valyutaya elə də böyük faiz verilməyəcək... Hesab edirəm ki, bu, təxminən 3% faiz olacaq. Niyə? Çünki, biz banklardakı xarici valyutada olan depozitlərin qaçmasını istəmirik, amma aşağı faiz verə bilərik. Onda əhali seçəcək ki, neyləsin. Öz xarici valyutasını bütün riskləri üzərinə götürərək evdə saxlasın, ya yox. Bu, riskdir. Böyük həcmdə pulu evdə saxlamaq risklidir - oğru gələr, yanğın baş verə bilər... Ona görə də fikirləşsinlər ki, bu ajiotaja niyə qoşulublar. Cibdəki sonuncu manat əsginazı xarici valyutaya dəyişmək lazım deyil» - deyə S.Şərifov mövqeyini ifadə edib.

2015-ci il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra dolların dəyəri 1 manat 56 qəpik oldu. Əhali manatın daha da ucuzlaşa biləcəyi narahatlığı ilə sahib olduğu milli pulu dərhal dollara çevirdi. Bu pulu da əlində saxladı. İkinci bir cəhət isə odur ki, dollar daha da bahalaşacaq deyə, əhali əlindəki dolları manat ifadəsinə çevirmək istəmədi. Hazırda nazir S.Şərifovun haqqında danışdığı istiqrazlar həmin məsələdən yaranıb.

XS
SM
MD
LG