Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Sarkisian müxalifətlə koalisiyaya gedir


Hrant Markarian və Serzh Sarkisian
Hrant Markarian və Serzh Sarkisian

-

Prezident Serzh Sarkisian yanvarın 21-də axşam saatlarında başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) rəhbərliyi ilə görüş keçirib. Görüşün mövzusu hakimiyyətə loyal olan partiyalarla hakimiyyət bölgüsü barədə razılığa gəlmək imkanları olub.

Bu, Sarkisian-ın Erməni İnqilabi Federasiyasına (Daşnaksutyun) hökumətlə birləşmə təklifindən bir həftə sonra baş verib. Prezidentlə görüşmüş «Daşnaksutyun» lideri Hrant Markarian partiyasının bu təklifi qəbul etməyə hazır olduğunu bildirib.

«Daşnaksutyun» da Çiçəklənən Ermənistan Partiyası (ÇEP) kimi koalision hökumətin ortaqlarından olub. Amma partiya 2009 və 2012-ci illərdə müxtəlif səbəblərdən ERP ilə koalisiyanı tərk etmişdi.

ÇEP-dən bildirirlər ki, onlar koalisiya barədə hələlik təklif almayıblar.

ERP idarə heyətinin üzvü Gagik Minasian prezident Sarkisian-ın gecə müşavirəsindən sonra bildirib: «Müzakirələr aparılır, amma hələlik son qərar yoxdur».

Minasian deyib ki, Respublikaçılar Partiyası həmişə müxtəlif formatda əməkdaşlığa hazır olub. «Bu koalisiyamı olacaq, başqa formatmı, bunu indi deyə bilmərəm. Bu, yəqin ki, yaxın müddətdə dəqiqləşdiriləcək», - o söyləyib.

Minasian ERP-nin «Daşnaksutyun»dan başqa hansı partiya ilə koalisiyaya getmək istədiyi barədə danışmaqdan imtina edib. O, hakim partiyanın koalision hökuməti 2017-ci il parlament seçkilərinədək formalaşdıra bilib-bilməyəcəyi haqda da heç nə deməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG