Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:48

Nuşirəvan Məhərrəmli: «ANS bizə və mənə qərəz nümayiş etdirdi»


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

-

«ANS telekanalının Milli TeleRadio Şurasına (MTRŞ) qarşı səsləndirdiyi ittihamlar qərəzli, absurd və əsassızdır». MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün – dekabrın 23-də keçirdiyi mətbuat konfransında jurnalistlərə belə deyib.

ANS-in yayım, sponsor, reklam haqqında qanunları pozduğunu və buna görə cərimələndiyini söyləyən MTRŞ sədri həmin TV haqqında qərarı əsaslı saydığını vurğulayıb: «Bizim heç kəsə qərəzimiz yoxdur, ola da bilməz. Hansı qərarı veririksə, qanuna əsaslanırıq».

«TƏK ANS DEYİL, BAŞQALARI DA POZUR...»

O, sözügedən TV-ni efir mədəniyyətsizliyində suçlayıb: «Tək ANS deyil, başqaları da pozur, onlara da iradlarımızı bildiririk».

N.Məhərrəmli mətbuat konfransında rəhbərlik etdiyi qurumla ANS arasındakı münasibətlərə də toxunub: «Teleseriallar çəkilməsinə 11 milyon manat, ANS-ə də 1 milyon 760 min manat ayrıldı. 2014-cü ildə «Abşeron» teleserialının çəkilişinə 200 min manat nəzərdə tutuldu. İlk mərhələdə - 60 min, 2-ci mərhələdə - 100 min, 3-cü mərhələdə - 40 min manat verilməli, çəkilişlər 2015-ci ilin iyulunda başa çatmalı idi. Amma həmin ilin avqustunda serialın «Sevgi» adlanması haqda məktub göndərdilər. Bu, ciddi qanun pozuntusu idi. Ona görə də qalan 40 min manatı vermədik. Hər şey də elə burdan başlandı».

N.Məhərrəmli heç bir halda və heç bir kanala qərəzli yanaşmadığını söyləyərək tənqid oxunu telekanala tuşlayıb: «Amma ANS bizə və mənə qərəz nümayiş etdirdi».

«AZƏRBAYCAN TELEKANALLARI «4-CÜ NÖV» MƏHSUL HAZIRLAYIR»

MTRŞ sədri telekanalların daha çox şou proqramlarına meyllənməsi məqamına toxunarkən bu sözləri vurğulayıb: «Məhsullar növbənöv olur: 1-2-3-4-cü növlər. Azərbaycan telekanallarının məhsulları 4-cü növ məhsullardır. Belə verilişlərə qarşı ən çox biz mübarizə aparırıq. Artıq Azərbaycan efir məkanı 10 il əvvəlki deyil. Belə verilişlərin sayı azalır, amma hələ ki, görüləsi işlər də çoxdur».

2015-ci ilin sentyabrından bəri MTRŞ ilə ANS telekanalı arasında qarşıdurma yaranıb. ANS-i teleyayım, sponsorluq haqqında qanunları, milli-mənəvi dəyərləri pozmaqda təqsirli bilən və məhkəməyə verən tənzimləyici qurum, sadaladığı pozuntulara görə telekanala üst-üstə 300 min manatdan çox cərimə kəsib.

ANS bütün ittihamları rədd edir və bunları telekanala qərəzli münasibətin nəticəsi sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG