Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:17

«Bakı-Sumqayıt yolu çökməyəcək»


Bakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu

-

Bakı-Sumqayıt avtomobil magistralında (Sumqayıtdan Bakıya gedən istiqamətdə) bərkitmə işləri aparıldıqdan sonra həmin ərazidə yenidən çökmə, qırılma baş verəcəyi gözlənilmir.

Bunu Trend-ə Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, ərazidəki tökmə torpağa su kütləsi daxil olduğundan çökmə baş verib. Bu da yola müəyyən qədər təsir göstərib.

Ə.Piriyevin sözlərinə görə, Bakıdan Sumqayıta gedən yolda çökmə baş verdiyindən çatlar da müşahidə edilir: «Sement məhlulu vurduqca o, asfaltın altında müəyyən qədər torpaqla qarışır. Həmin məhlul bərkiyənə qədər çökmə verir. Burada sırf geoloji proses getmir. Sırf texniki işlərdir. Buna görə də biz orada tədqiqat, monitorinq işləri aparmırıq».

«Azəryolsevis» ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, Bakıdan Sumqayıta gedən yolda çökmə baş verməyib. Bu yolda asfalt örtüyü deformasiyaya uğrayıb: «Bu, Sumqayıtdan Bakıya gedən yolda çökmənin baş verməsindən də əvvəl yaranıb. Burada digər tərəfdəki kimi çatlar yaranmayıb, asfalt örtüyü bir qədər deformasiyaya uğrayıb».

Anar Nəcəfli bunu normal sayır, o hesab edir ki, müəyyən zamandan sonra asfalt örtüyü deformasiyaya uğrayır.

XS
SM
MD
LG