Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:47

-

Yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək.

Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG