Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Rusiya yeni hərbi birləşmələr yaradır


Oleg Salyukov
Oleg Salyukov

-

Rusiya NATO-nun gücləndirilmiş hərbi təlimlərinə cavab olaraq bu il quru qüvvələrinin 4 yeni diviziyasını yaradacaq.

General Oleg Salyukov yanvarın 21-də jurnalistlərə deyib ki, «yeni diviziyaların formalaşması son vaxtlar NATO ölkələrinin gücləndirilmiş təlimlərinə cavab tədbirlərindən biridir».

Bütün birləşmələr mövcud briqadalar əsasında yaradılacaq.

Salyukov onu da bildirib ki, Rusiya bu il xarici ölkələrdə yeddi birgə təlim keçirəcək. İlk dəfə olaraq Pakistanla, eləcə də Vyetnamla birgə təlim olacaq.

Generalın sözlərinə görə, hazırda Ukraynanın Krım yarımadasında Rusiyanın quru qüvvəsi yoxdur, ancaq göstəriş verilərsə, qısa zamanda göndərilə bilər. Rusiya 2014-cü ildə Krımı anneksiya edib.

XS
SM
MD
LG