Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Müşviq Osmanlı. Keçmişə dair bir tabut söz


Müşviq Osmanlı
Müşviq Osmanlı

-

Gənclərin OxuZalına göndərdikləri yazılardan

"Gecə saat 00:00. Bir gün də beləcə, gözlərimin önündəcə öldü və keçmişə çevrildi. Yəni məhv oldu. Yəni bir də olmayacaq."

Müşviq Osmanlı

KEÇMİŞİMİN ÖLÜMÜ

(esse)

Bu, hər zaman belə olub. Bilirəm, sənin indi şərh olunacaq mövzu ilə bağlı öz fikirlərin var.

Ancaq indi deyiləcəklər içərisində bir cümlə, ya da bir söz sənə yaşadığın və səndə də bütün bunların nə vaxtsa belə olması barədə qəribə hisslər yaradacaq ki, bu da mövcud hisslərin çox nadir rastlanan növlərindəndir.

Ancaq keçmişlə bağlı heç bir şey eşitmək istəmirsənsə elə ilk abzasdaca oxumağı dayandır ki, sənə vaxt itkisi olmasın.

Gecə saat 00:00. Bir gün də beləcə, gözlərimin önündəcə öldü və keçmişə çevrildi. Yəni məhv oldu. Yəni bir də olmayacaq.

Günorta çağı saat 12:36-da çəkdiyim foto hələ də telofonumun yaddaşındadır. Həmin şəkli əsas ekrana gətirdim və diqqətli nəzərlərimlə şəklin hər bir yerini incələdim. Keçmiş elə burada idi. Yatırdı. Ya da ölmüşdü.

İllüstrasiya
İllüstrasiya

Bu fotonun indi qəbirlərin üzərindəki soyuq baş daşından heç bir fərqi yox idi. Axı o, ölünün cismani olmadığı yerdə tək nəsnədir ki, nəyisə xatırlatmağa çalışır.

Ancaq vaxt keçir, keçmişlə bərabər o da ölür. Yağan yağış, əsən külək isti günəş dəhşətli şəxta hər an hər saniyə daşı parçalayır. O da əyilir torpağın nəmliyindən getdikcə dərinə, görünməzliyə qərq olur və keçmişin olduğu yerə, əbədiyyətə qovuşur.

Bəs keçmiş nədir? Haradadır? Yaxamızdan niyə buraxmır? Mən onunla tanışammı? Yoxsa bütün bunlara özümü o qədər qapdırmışam ki, reallığın nə olduğunu artıq beynim və şüurum qavramaq gücündə deyil?

Mənə görə, şablon cümlələr yalnızca ölü tabutunu xatırladır. Əsrlərdir ki, ora yalnız bıçaqlanaraq qarın-qursağı kitablara, qəzetlərə dağıdılmış sözlər yığılır.

Bu mövzuda şablona meyl etməyəcəyəm. Onsuz da real olan hər şeyi şablonlar məhv etdi. Ona görə yox ki, şablon cümlələrdə heç bir məsuliyyət yoxdur, ona görə ki, bu cümlələr sualsiz cavablara bənzəyir və bir-birini davam etdirir. Biri digərini dartıb gətirir və insanlar qusanadək bu faciə davam edir.

Mənə görə, şablon cümlələr yalnızca ölü tabutunu xatırladır. Əsrlərdir ki, ora yalnız bıçaqlanaraq qarın-qursağı kitablara, qəzetlərə dağıdılmış sözlər yığılır.

Təbii ki, basdırılmaq üçün deyil. Sadəcə üfunətli qoxunu bir müddət saxlamaq üçün. Ancaq həmişə olduğu kimi kimsə çıxır və yenə də tabutu açır, üfünəti ətrafına yayır, bu, azmış kimi qoxunun çatmadığı yerlərə də tabutu çiynində daşıyır.

Keçmişdən bir kitab

Dünən razılaşdıq ki, çay içəcəyik. Həm də çoxdandır axtardığı kitabın kiril qrafikasi ilə olan variantını tapdığını dedi. Mənimlə bir yerdə müzakirə etmək istədiyini bildirdi. Razılaşdığımız kimi saat 12:00-da ikimiz də həmənki kafedə idik. Sağ əlində möhkəmcə yapışdığı, köhnəliyi açıqca hiss olunan və üzəri qızılı hərflərlə yazılmış o kitab.

Stulları çəkib oturduq və bir qurtum çay içdikdən sonra kitabı yenidən mənə göstərdi. İkimizin də qarşısında bir keçmiş dayanmışdı. Keçmişin qoxusu vərəqlərə bulaşmışdı. Cümlələr qanın içində, iyrənc bir görüntü vardı. Bütün bunlar mənim ürəyimi bulandırdı.

-Oxuyuram

-Yaxşı. Oxu.

-Ön söz. Bu kitab SSRİ-nin dahi ideoloqlarından biri olan cənab......

-Kifayətdi (yarıda kəsdim). Mən bu günün, hal-hazırkı anın keçmişinə nifrət edirəm bu kitaba görə. Axı biz niyə indi Dostoyevskini qoyub bunu oxuyuruq? Niyə biz kommunizmin necə qurulduğunu ağızdolusu şablon cümlələrlə danışan bir kapitalisti oxumalıyıq?

-Hə bağışla ki, səni dünən bu kitaba görə narahat etdim. Mənə maraqlı kitab olduğunu demişdilər.

-Kim demişdi?

-Dostlarımdan bir neçəsi.

-Hə, yəqin ki, tabutu hələ də daşımağa çalışanlardır.

-Hansı tabutu?

-İndi heç bir önəmi yoxdur. Ölü haqqında danışmaq fikrim yoxur. Yaxşısı budur çaymızı içək. Bu, daha faydalı olacaq. (ikimiz də gülümsədik)

Keçmişi öldürmək

Yediyim yeməyin, içdiyim suyun və çəkdiyim siqaretin dadı tamı başqa cür idi. Daha qəşəng, daha dadlı idi. Bütün bunlar dünən məni dəhşətə gətirirdi. Mən bütün bunlardan bezmişdim. Necə edim ki, bundan canım qurtarsın?!

İllüstrasiya
İllüstrasiya

Həyatımı necə qurtarmalıyam bütün bunladan deyə, dünən axşamacan fkirləşdim və özüm üçün bir yol tapdım. Keçmişimi öldürdüm.

Mən onu unutmadım. Sadəcə öldürdüm.

Öldürmək və unutmaq arasında həm leksik, həm də bu iki cümlə arasındakı məna baxımından dağlar qədər fərq var. Untutduğumuz şeylər öldü mənasına gəlmir hər zaman. Öldürdüyümüz şeyləri də unutduğumuz demək deyil.

Mənimsə çıxış yolum yox idi. Əgər bunu etməsəydim, vəziyyətim daha da betər olacaqdı. Sonra öskürməyə başlayacaqdım və bir müddət sonra ağzımdan qan gəlməyə başlayacaqdı.

Onu öldürmək isə o qədər də asan olmadı. Bəlkə də plan daha başqa idi. Hədəf mən özüm idim. Nəyisə hədəfləyərkən özünün hədəfə çevrilməndən pis nə ola bilər?!

Onun bu barədə müəyyən planları vardı. O, daha səbrli idi. Heç tələsənə oxşamırdı. Özümü məhv etməyim üçün mənim özümdən istifadə edirdi.

Faktiki heç bir faliyyəti yox idi. Ancaq mükəmməl hazırladığı planı saat əqrəbi kimi qüsursuz işləyirdi.

Mənsə hər gün, hər saat, hər saniyə yeməkdən, içməkdən soyuyur, gün işığına çıxmaqdan qorxur, sadəcə bir küncə sıxılıb nəyinsə artıq gəldiyini hiss edir və gözlərimlə onu axtarırdım.

O, heç bir yerə gizlənməyə ehtiyac duymurdu. Beynimdə idi. Hər şeyi qurdalayıb oyadırdı. Oyanan hər şeyi öz təsir dairəsinə salırdı və onlardan istifadə edirdi. Bu, dözülməz idi. Bir sonluq olmalı idi.

Mənimsə heç bir planım yox idi. Heç vaxt da oturub bunu necə etməli olduğumu düşünməmişdim.Tək istəyim bu işi mümkün qədər tez etmək idi.

Axtardığım düz qarşımda idi. İçində olduğum evin hər yeri: kitab rəfləri, oyuncaqlar, mebel, stəkanlar, yazı stolu, pərdələr və daha onlarca düşmənim. Orduya bənzəyirdi. Hər yerdə onlar vardı.

Mərkəzi qərargahları isə mənim beynimdə idi. Hər şeyi oradan idarə edirdilər. Bildiyim tək şey oranı dağıtmalı olduğum idi. Əgər oranı dağıda bilsəydim, gözümün önündəki hər şey dostuma çevriləcəkdi.

Çıxış yolu isə tək idi: öldürmək. Və mən onu öldürdüm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG