Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 00:11

Rusiya Suriyada aviabaza tikə bilər


Suriyada Rusiyanın Su-24M bombardmançısı

Suriyada Rusiyanın Su-24M bombardmançısı

-

Rusiya, ola bilsin, Suriyanın şimal-şərqində aviabaza tikintisi üçün yer seçir. Bu xəbəri rəsmilərə istinadla ABŞ-ın CNN və Fox telekanalları yayıb. Rəsmilərin sözlərincə, bu addım regionda durumu daha da ağırlaşdıra bilər.

Türkiyə ilə sərhəd yaxınlığındakı Kamışlı şəhərində köhnə aerodroma Rusiya hərbçiləri, mühəndisləri baş çəkir. Amerikalılardan biri bu səfəri “maraqlı” adlandırıb.
Son vaxtlar Rusiyanın Türkiyə ilə münasibətləri pisləşib və Ankara bu obyektin tikintisinə isti yanaşmaya bilər.

Kamışlı kürdlərin yaşadığı regiona yaxındır. Kürdlər ABŞ və digər koalisiya üzvləri ilə birlikdə İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə mübarizə aparırlar.

XS
SM
MD
LG