Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 14:08

Amnesty İnternational təşkilatı Rusiyanı Çeçenistan lideri Ramzan Kadyrovun yerli hüquq müdafiəçiləri siyasətçilər və mətbuat işçilərinə qarşı hədələrinə reaksiya verməyə çağırıb.

Təşkilatın yaydığı hesabatda deyilir ki, bu hədələri ciddi qəbul etmək lazımdır.

Hesabatda bildirilir ki, jurnalist Anna Palitkovskayanın 2006-cı ilədə qətli və çeçenistanlı hüquq müdafiəçisi Natalya Estemirovanın 2009-cu ildə oğurlanaraq qətli bu cür hədələrdən sonra baş verib.

Təşkilat həmçinin siyasətçi Boris Nemtsovun 2015-ci ilin fevralında qətlə yetirilməsinin buna bir daha sübut olduğunu göstərir.

Qeyd edək ki, Ramzan Kadyrov yanvarın 12-də jurnalistlər qarşısında çıxış edərkən Rusiya müxalifətçilərini xalqın düşməni adlandırıb və onları satqın kimi mühakimə etməyə çağırıb.

Amma Kadyrov sonradan bunu ölkə daxilindəki yox,xaricdə fəaliyyət göstərən rusiyalı müxalifətçilərə ünvanladığını deyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG