Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

Avtomobil gətirilməsi 5 dəfə azalıb


Gürcüstanda maşın bazarı.
Gürcüstanda maşın bazarı.

-

2015-ci ildə Gürcüstandan Azərbaycana 63 milyon 567.3 min dollar dəyərində 3 min 455 ədəd minik avtomobili ixrac olunub.

APA Gürcüstan Statistika Xidmətinə istinadən məlumat verir.

Bu, 2014-cü il ilə müqayisədə 14 min 98 ədəd avtomobil və ya 5.08 dəfə azdır. Beləliklə, 2015-ci ildə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4.21 dəfə azalıb.

Ötən il Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26.44% olub. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 35.38%-ni təşkil edib.

XS
SM
MD
LG