-
Prezident İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dudley ilə görüşüb.
Görüşdə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarının işlənilməsində Azərbaycan ilə BP arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.
Məlumatı president.az saytı yayıb.