Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 08:20

Litvinenko-ya görə Rusiya suçlanacaq


Aleksandr Litvinenko (1998-ci il)

-

Yanvarın 21-də Britaniya keçmiş rusiyalı casus Aleksandr Litvinenko-nun 2006-cı ildə ölümü üzrə təhqiqatı açıqlayacaq. Bu ölümdə Rusiyanın ittiham olunacağı gözlənir.

Hesabatı britaniyalı hakim Robert Owen təqdim edəcək.

Litvinenko çayına qatılmış yüksək radioaktiv maddədən - polonium-210-dan zəhərlənib.

Moskva bu ölümə hər hansı aiddiyyatı olmadığını bildirib, təhqiqatı siyasi motivli adlandırıb. Kremlin sözçüsü yanvarın 20-də bildirib ki, təhqiqat Prezident Vladimir Putin-i “maraqlandıran məsələlər sırasında deyil”.

Litvinenko Rusiya kəşfiyyatına işləyib, Britaniyaya köçəndən sonra Putin-in tənqidçisinə çevrilib.

O, Londonda bir oteldə iki rusiyalı - Dimitry Kovtun və Andrei Lugovoi ilə çay içən zaman zəhərlənib. 3 həftə sonra dünyasını dəyişib. Həmin iki şəxsin Londonda olduqları digər yerlərdə də polonium-un izləri tapılıb. Ancaq Rusiya onların ekstradisiyasından imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG