Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Səmədzadə: «Büdcəyə yenidən baxılmalıdır»


Ziyad Səmədzadə
Ziyad Səmədzadə

-

«Dünya bazarında neft ötən dövrdə 4 dəfə ucuzlaşıb ki, bu da Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib».

report.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə parlamentin yanvarın 19-da keçirilən növbədənkənar plenar iclasında bildirib: «Bəzən ajiotaj yaradanlar olur. Amma bildiyimiz kimi, ailə sıxıntı hiss edəndə xərcləri optimallaşdırır. Ölkədə 9 mlrd. manata yaxın əmanətlər, 6 mln. nəfərə yaxın əmanətçimiz var. Bu, ölkədə sosial siyasətin uğurla həyata keçirilməsinin göstəricisidir».

«Neftin qiymətinin düşməsi ilə bağlı valyuta ehtiyatlarımızın bir hissəsini itirdik. Müəyyən valyuta ehtiyatlarını saxlamalıyıq. Hazırda 40 mlrd. dollar həcmində - kifayət qədər valyuta ehtiyatı var. Bu gün valyuta ehtiyatlarının həcmi dollarla ÜDM-in həcminə bərabərdir. Bu da ən yüksək göstəricilərdəndir», - deyə Z.Səmədzadə vurğulayıb.

XS
SM
MD
LG