Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Küək ağacları aşırdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yanvarın 19-dan başlayaraq əsən külək Azərbaycanın cənub rayonlarında bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, Astara rayonunun Pensər kəndi ərazisində hündür, irigövdəli çinar və şam ağacları Ələt-Astara magistralına aşdığından nəqliyyat vasitələrinin hərəkətində yarım saata kimi sıxlıq yaranıb. Yerli sakinlərin müdaxiləsindən sonra aşmış ağaclar yoldan çıxarıb və maşınların normal hərəkəti bərpa olunub.

Güclü külək Astara, Lənkəran və Lerik rayonlarında yüksəkgərginlikli elektrik xətlərinin qırılmasına, elektrik və telefon dirəklərinin aşmasına, evlərin, yardımçı tikililərin dam örtüklərinin uçmasına səbəb olub. Nəticədə hər üç rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib.

Hazırda qəza briqadaları fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

XS
SM
MD
LG