Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Bölgələrə qar yağacaq


Qar
Qar

-

Yanvarın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam çiskinli və bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə hava əsasən səhər və axşam şimal və qərb rayonlarında yağıntılı olacaq, dağlıq rayonlarda sulu qar, qar yağacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

XS
SM
MD
LG