İŞİD "maaşları" kəsir
«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının büdcəsi azalır deyə, yaraqlılarının, işçilərinin pulunu 50 faiz kəsir. Bu barədə ABŞ-ın CNN televiziyası İŞİD daxilindəki mənbələrdən məlumat alıb.
İŞİD yaraqlıları ayda 400-1200 dollar alırlar, üstəgəl arvadlarına görə 50, hər uşağa görə 25 dollar təqaüd əldə edirlər. Bunu «Newsweek»də Daniel Bier ABŞ Konqresinin Araşdırmaq Xidmətinə istinadla yazır.
Rüfət Səfərov həbsdən buraxıldı
Siyasi bəyanatla prokurorluq orqanlarından istefa vermiş müstəntiq Rüfət Səfərov həbsdən buraxılıb. Az əvvəl bu barədə Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.
Etirazını yerə uzanmaqla bildirir
Vardges Gaspari ictimai fəaldır və Ermənistanda etirazını yerə uzanıb ifadə etməsilə tanınır.
Bu dəfə ona qarşı polisi təhqir etmə ittihamı irəli sürülüb.Fəalı məhkəməyə polislər aparmalı olub, elə uzanmış şəkildə.
İsinmədik istisinə...
“Neftçilərin yaşayışı çox ağırdır, mühəndisi də, fəhləsi də çox çətin yaşayır. İçi mən qarışıq neftçilərin 80-90 faizinin banklara borcu var. Neftin qiyməti 100-120 dollar olanda da bir xeyrin görmədik, indi 28 dollar olanda da. Neft baha olanda yolları bir neçə dəfə asfaltlayırdılar, bizə xeyri yox idi, indi ucuzlaşır, ziyanını görürük. O məsəldəki kimi, “isinmədik istisinə, kor olduq tüstüsünə””...
Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin maşinisti, 30 ildən artıqdır neftçi işləyən Əziz İmaməiyev deyir ki, bu el məsəli neftin baha və ucuz dövrünün neftçilərin həyatındakı rolunu yaxşı ifadə eləyir.