Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 03:08
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

14:44 18.1.2016

Maşın bazarı "ölüb"

Dekabrın 21-də manatın ikinci dəfə dəyərdən düşməsindən sonra maşın bazarında durğunluq yaranıb, qiymətlər müəyyən qədər düşüb.

Avtomobil satıcıları deyir ki, əvvəllər bu cür durğunluq, əsasən, yayda olurdu. Payız-qış aylarında isə əməlli-başlı canlanma yaranırmış. Deyirlər, indi qış fəslində burada «qu desən, qulaq tutular».

Ehtiram adlı satıcı bazarda ən çox «Mercedes» avtomobillərinin satıldığını, onların da ucuzlaşdığını qeyd edir:

«Bütövlükdə, avtomobillərin qiyməti enib, bu da bizə sərf etmir, alıcı qıtlığı yaşanır. Təsəvvür edin, maşın həm ucuzdur, həm də alan yoxdur. Aya 2-3 maşını çətinliklə satırıq».

14:12 18.1.2016

Dollar tələbat ödənməsə...

İqtisadçı Vüqar Bayramovun fikrincə, dollara tələb tam ödənilməyincə, proses, sadəcə, süni şəkildə «acı bağırsaq» kimi uzanacaq. "Mərkəzi Bank, mərhələli olsa da, manatın bazar kursunun müəyyənləşdirilməsinə imkan verməlidir. İnzibati metodlar ilə milli valyutanın məzənnəsini uzun müddət stabil saxlamaq mümkün deyil».

13:31 18.1.2016

Tenge yenə düşdü

Qazaxıstanın milli valyutası, tenge yanvarın 18-də ABŞ dollarına qarşı biraz da ucuzlaşıb. Bir dollar 372.58 tengeyə bərabərləşib.

Bu, Qazaxıstan ötən ilin avqustunda üzən məzənnəyə keçəndən ən aşağı səviyyədir.

Rublun, tengenin düşməyi Azərbaycan manatına təzyiq yaradır.

13:18 18.1.2016

Cəlilabad və Astarada da etirazlar

Yanvarın 18-də bir qrup Cəlilabad sakini qiymət artımına etiraz olaraq rayonun sosial müdafiə mərkəzi və icra hakimiyyəti aparatının qarşısına toplaşıblar.

Bu barədə Azadlıq Radiosuna məlumat verən rayon sakini Əlipənah Rzalının dediyinə görə, etirazçıların əsas şikayəti qiymət artımı, işsizlik, ünvanlı sosial yardımın düzgün verilməməsi və bank borcları ilə bağlıdır: «Danışıq gedir. Əhalinin dağılışmasını tələb edirlər».

Astara rayonun Şahağacı kəndində isə sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib

Davamı

XS
SM
MD
LG