Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:18

Neftçi ailələri itkin düşənləri tələb edir


Platformada yanğın.
Platformada yanğın.

-

«Günəşli» yatağının 10 saylı platformasında itkin düşən 15-dək neftçinin ailə üzvləri yanvarın 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xaliq Məmmədovla görüşüblər.

Neftçi ailələri axtarışların zəif getməsi, indiyə kimi xeyli neftçinin cəsədlərinin tapılmamasından narazılıq ediblər. Xaliq Məmmədov isə axtarışları neft şirkətinin yox, Fövqəladə Hallar Nazirliyinin apardığını söyləyib.

«Biz əlimizdən gələni edirik, meyitlərin tapılması isə artıq Allaha qalıb» - Xaliq Məmmədov bildirib.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğın zamanı 34 nəfər xilas edilib. 31 nəfər itkin düşüb. İtkin düşən 31 nəfərdən 13-nün meyiti tapılıb. 18 nəfərin cəsədi isə hələ də axtarılır.

XS
SM
MD
LG