Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Avstraliya Kabilə əlavə əsgər göndərir


Əfqanıstan, arxiv fotosu

-

Avstraliyanın baş naziri Malcolm Turnbull Əfqanıstan paytaxtı Kabilə qəfil səfər edib. O, yanvarın 18-də bildirib ki, bu ölkədə əsgər sayını artıracaq. Əfqanıstanda Avstraliya əsgərlərinin sayı 270-ə çatacaq.

Bir neçə gün öncə Turnbull ABŞ Prezidenti Barack Obamanın Suriya və İraqda İslam Dövləti qruplaşmasına qarşı mübarizəyə daha çox əsgər göndərmək təklifini rədd edib.

Turnbull yanvarın 18-19-da Vaşinqtona danışıqlara gedir, Yaxın Şərqdə və Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Əfqanıstanda 12 illik təhlükəsizlik əməliyyatlarında Avstraliya 41 əsgərini itirib.

XS
SM
MD
LG