Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 12:27

-

Ötən il Azərbaycanda 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə polisə məlumat daxil olub ki, onlardan 130-u tapılıb.

APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, 2015-ci il ərzində 2.5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlanıb, 4 min 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Ramiz Zeynalov onu da bildirib ki, ötən il 32 min 721 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub.

Həmçinin 2015-ci ildə vətəndaşlara 50 min 977 sürücülük vəsiqəsi verilib. Nəqliyyat vasitələrinin 63.8 faizi texniki baxışdan keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG