Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 23:21

Girovlar oteldən çıxarıldı

«Splendid» oteli
«Splendid» oteli

-

Burkina-Fasonun paytaxtı Uaqaduquda oteldə girov götürülən 130-dan çox adam azad edilib. 3 hücumçu öldürülüb.

Burkina-Faso hakimiyyəti bildirib ki, fransız xüsusi təyinatlılarının köməyi ilə «Splendid» oteli və yaxınlıqdakı «Cappuccino» kafesində əməliyyat keçirib.

«France-Presse» agentliyinin məlumatına görə, hücum nəticəsində 18 ölkədən olan 23 adam ölüb, daha 33-ü yaralanıb. Hücuma görə məsuliyyəti «əl-Qaidə» öz üzərinə götürüb.

«Splendid» otelində tez-tez BMT-nin əməkdaşları və avropalı turistlər qalırlar.

This item is part of
XS
SM
MD
LG