Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Zümrüd Yağmur yeni siyasi roman yazıb


Zümrüd Yağmur
Zümrüd Yağmur

-

Yazıçı Zümrüd Yağmur növbəti, “Ölkə adı: 22” adlı siyasi romanını yazıb. Yeni romanından danışanda o deyib ki, əsər bir növ ölkədəki real durumu simvolik dillə distopik aləmə daşıyır, "bu üzdən də sanki bir az reallıqdan uzaqlaşraq mahiyytdə elə reallığın özünü anladır. Reallıqdan kənarda reallığı yaşadan bu dünyada insanların ən böyük məqsədisə yemək əldə etməkdir."

“Əsərdə məqsəd diktatura rejiminin mahiyyətini açmaq yox, bu kimi rejimlərin insan psixologiyası və münasibətlərində yaratdığı nəticəni göz önünə sərməkdir.

Əsər eyni zamanda diktaturaya boyun əyən insanların mənəvi və əxlaqi dəyələri, insanlığı ayaq altına almaqla rejimə yardım edərək özlərini məhvə sürükləməsinin acı nəticələrini təqdim edir.“

Romanın niyə “Ölkə adı: 22" adlanması haqda sualasa Z.Yağmur belə cavab verib ki, 1993-cü ilə işarədir. Bu 4 rəqəm toplananda 22 alınır.

XS
SM
MD
LG