Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:31

«Rüşvətxor müstəntiq mükafatlandırılıb..?»


Rüfət Səfərov
Rüfət Səfərov

-

«Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə sual verirəm. Necə olur ki, 5 il prokurorluq orqanlarında fəaliyyət göstərdiyim müddətdə rüşvətdə ittiham olunmağım ortaya qoyulmur, lakin siyasi bəyanatla istefa verib xalqın tərəfinə keçəndən sonra mən rüşvətxor sayılıram?».

Bunu AzadlıqRadiosuna Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanması haqqında yayılan xəbərə münasibət bildirərkən deyib.

Rüfət Səfərov onu da qeyd edib ki, keçən il baş prokuror Zakir Qaralov onu prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə fəxri təşəkkürlə mükafatlandırıb: «Belə çıxır ki, rüşvətxor müstəntiq mükafatlandırılıb ki, daha yaxşı rüşvət alsın? Bu ki absurddur».

Rüfət Səfərov ittihamı qəbul etmədiyini, bunu prokurorluq orqanlarından istefa verdikdən sonra ona qarşı başlanan hücumlarla bağlı olduğunu deyib.

İstintaqa cəlb olunması ilə bağlı ona rəsmi məlumat verilmədiyini deyən keçmiş müstəntiq çağırış olarsa, istintaqda ifadə verməyə hazır olduğunu da bildirib.

XS
SM
MD
LG