Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Suriya və Iraqda 33 qırğız ölüb


Foto arxiv

Ötən il Suriya və İraqda “İslam Dövləti” qrupu tərəfindən vuruşan 30-dan çox Qırğızıstan vətəndaşı ölüb.

Daxili işlər naziri Stalbek Rakhmanov yanvarın 15-də bildirib ki, 2015-ci ildə Suriya və İraqdakı müxtəlif islamçı qruplara ümumilikdə 508 Qırğızıstan vətəndaşı qoşulub.

Onlardan 387-i kişi 121-i qadın, 83-ü isə uşaq və 18 yaşında olan yeniyetmələrdir.

Nazirin sözlərinə görə, ötən il Suriya və İraqdan 40 Qırğızıstan vətəndaşı dönüb, 33 nəfərsə döyüşlərdə ölüb.

Qırğızıstan da daxil olmaqla Orta Asiyadakı keçmiş Sovet respublikalarından döyüşmək üçün Suriya və İraqa yüzlərlə könüllü keçib.

Hazırda Suriya və İraqın bir sıra bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.

XS
SM
MD
LG